Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.02.2026 12:34

ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Müxtəlif bədən xəsarətləri alan əməkdaşın vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.