Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.02.2026 12:29

XXV Qış Olimpiya Oyunları: Azərbaycan təmsilçisi bu gün mübarizəyə qoşulur

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.O slalom növündə qüvvəsini sınayacaq.Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda sonuncu yeri tutaraq mübarizəni dayandırıb.XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.