Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.02.2026 10:30
Ali təhsil müəssisələrinə və kolleclərə qəbul imtahanına qeydiyyat prosesi başlayıb
Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb.Ərizə qəbulunun I mərhələsi martın 5-dək davam edəcək.Əvvəlki illərin məzunları üçün I–IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə qəbul imtahanı, eləcə də cari ilin məzunları üçün əlavə xarici dil və əlavə tədris dili imtahanları aprelin 19-da keçiriləcək. Bu gündən həm də orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır. Qeydiyyat martın 5-dək aparılacaq.9 illik təhsil bazasında buraxılış imtahanları aprelin 5-i, 12-si və 26-sı, 11 illik bazada isə martın 9-u və 15-də keçiriləcək.Əvvəlki illərin məzunları üçün 11 illik baza üzrə imtahan aprelin 19-da, 9 illik baza üzrə isə mayın 17-də təşkil olunacaq.
- Baxış: 43
