Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.02.2026 13:49
Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün İrəvana gedib
Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri fevralın 13-14-də Ermənistanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masada görüşəcək.Azərbaycanın 19 nəfərlik nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək ilk dəfə delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib. Qarşı tərəfdən qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edəcək.Dəyirmi masada Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Vaşinqton Zirvə görüşünün sülh gündəliyini müzakirə edəcək.Sessiyalar regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsinə həsr olunacaq.
- Baxış: 13
