Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.02.2026 13:47

Vətəndaşlar haqlarında mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər

Azərbaycan vətəndaşları haqlarında mediada yayılan məlumatların müəyyən şərtlərlə silinməsini tələb edə bilər. Ali Məhkəmə bildirir ki, məlumatlar köhnəlmiş, aktual deyilsə və ictimai maraq daşımırsa, şəxs rəqəmsal platformalarda yayılan bu məlumatların silinməsini, gizlədilməsini və ya arxivləşdirilməsini tələb edə bilər. Unudulmaq hüququ yalnız fiziki şəxslərə deyil, hüquqi şəxslərə də şamil olunur. Bunun üçün isə şəxs məlumatın hələ də onun mənafeyinə zidd olduğunu sübut etməlidir. Qeyd olunur ki, dövlət və ictimai maraq üçün yayılan məlumatların silinməsi tələb edilə bilməz.