DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb
Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev və digər şəxslərlə bağlı cinayət işi üzrə detalları açıqlayıb. Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qənimət Zayıdov və Eldar Əmirovun hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn fəaliyyətlərinə əsaslı şübhələr yaranıb. İstintaq materiallarına əsasən, onlar xarici xüsusi xidmət orqanları ilə əlaqədə olaraq 2013-cü il prezident seçkiləri və 2020-ci ilin iyul hadisələri zamanı kütləvi iğtişaşların təşkili istiqamətində fəaliyyət göstəriblər. Ramiz Mehdiyev həmçinin dövlətə xəyanət, eləcə də 17 milyon manatdan artıq vəsaitin leqallaşdırılmasında ittiham olunur. Bir sıra şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, ölkə xaricində olanlar haqqında isə axtarış elan edilib. Araşdırmalar davam etdirilir.
- Baxış: 32
