Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.02.2026 15:48

Pediatr uşaqların peyvəndlənməsi ilə bağlı valideyinlərə çağırış edib

Peyvəndlər uşaqları ağır xəstəliklərdən və əlillik riskindən qoruyan ən etibarlı tədbirlərdən biridir.Səhiyyə Nazirliyinin pediatrı Səbinə Cəfərova deyib ki, erkən yaşda uşaqların immun sistemi tam formalaşmadığı üçün infeksiyalara daha həssasdır. Qızılca, məxmərək, poliomielit, suçiçəyi və hepatit kimi xəstəliklərin qarşısını almaqda peyvəndlərin rolu böyükdür.Peyvənddən sonra yüngül qızdırma və inyeksiya yerində ağrı normaldır, lakin peyvənd olunmamağın riski bundan qat-qat böyükdür.Bu mövsüm üçün təhlükəsiz qrip əleyhinə vaksinlər ölkəyə gətirilib və ötən ilin oktyabrından ödənişsiz tətbiq olunur.