Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.02.2026 15:40

İşğaldan azad edilmiş ərazilərdə icra edilən layihələrin sayı açıqlanıb

2025-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 385 layihə icra olunub. Maliyyə Nazirliyinin məlumatına görə, layihələrə 3 milyard 781,9 milyon manat vəsait xərclənib. Ən çox vəsait nəqliyyat və sosial sahələrə yönəldilib. Layihələr Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat, su təsərrüfatı, energetika, sosial və digər istiqamətləri əhatə edib.