Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.02.2026 15:45
Son bir ildə 11 meyitdən orqan köçürülməsi həyata keçirilib
Azərbaycanda son bir ildə beyin ölümü keçirmiş 11 meyitdən orqan transplantasiyası həyata keçirilib.Bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, bu günə qədər 1 500 orqan köçürülməsi əməliyyatı icra olunub. 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. Ötən il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
- Baxış: 33
