Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.02.2026 15:44
Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlərin yarış proqramında siyasi və separatçı məzmunlu “Arsax” adlı musiqidən istifadə etməsini kəskin etirazla qarşılayıb.Milli Olimpiya Komitəsi bu məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edərək bildirib ki, sözügedən musiqi siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir. Qeyd olunub ki, Olimpiya Xartiyasına əsasən, Oyunlarda siyasi və separatçı təbliğata yol verilməməlidir. MOK bu cür halların Olimpiya Hərəkatının neytrallıq prinsipini pozduğunu və sülh ideyasına zərər vurduğunu vurğulayıb.
- Baxış: 41
