Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.02.2026 13:59
ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib
Elektron Təhlükəsizlik Xidməti bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq hücumu cəhdi ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb. Araşdırma zamanı zərərli proqram təminatı üzərində tərsinə mühəndislik aparılıb və əlavə texniki indikatorlar müəyyən edilib. Məlum olub ki, hücumda “Microsoft Excel” faylına yerləşdirilmiş şifrələnmiş skript və şəkil faylı vasitəsilə gizlədilmiş “Remcos” adlı zərərli proqramdan istifadə olunub. Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizliklə bağlı ayıq-sayıq olmağa çağırır.
- Baxış: 39
