Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.02.2026 13:45

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarına hökm oxunub

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, David Manukyan və Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib. Prokurorlar da onların ömürlük həbs olunmasını tələb etmişdi. Təqsirləndirilən Arkadi Qukasyan və Bako Sahakyan isə 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilmədiyindən 20 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə ittiham olunurdular.