Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.02.2026 15:47

DİM rəsmisi: Regionlarda keçirilən imtahanlarında qayda pozuntuları paytaxtdan iki dəfə çoxdur

Dövlət İmtahan Mərkəzində (DİM) imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə qurumun Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib ki, regionlarda keçirilən buraxılış və qəbul imtahanlarında yol verilən qayda pozuntuları paytaxtdan iki dəfə çoxdur. O qeyd edib ki, təhlillərə görə, sertifikatlı zal nəzarətçiləri qayda pozuntularına daha az yol verir. Kompüter proqramı vasitəsilə müəyyən edilən köçürmə hallarının statistikası göstərir ki, nəzarətçinin imtahanda iştirak sayı, yəni təcrübəsi ilə baş verən köçürmə hallarının sayı arasında korrelyasiya mövcud deyil.