Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.02.2026 11:40

9-cu siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb

Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə qrafikini açıqlayıb.İmtahanlar 5, 12 və 26 aprel tarixlərində keçiriləcək. Müxtəlif şəhər və rayonlarda təşkil olunacaq imtahanlar bəzi ərazilərdə hərəkət intensivliyinin azaldılması məqsədilə iki hissəyə bölünüb.Məcburi köçkün məktəblərinin şagirdləri imtahanlarını təhsil aldıqları müəssisənin yerləşdiyi ərazi üzrə verəcəklər.