Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.02.2026 11:38

Əlilliyi olan gənclər üçün "GəncTALKS"a start verilib

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “GəncTALKS” motivasiya platformasına start verilib. Gənclər Fondu və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşəbbüsü ilə “TEDx” formatında keçiriləcək tədbirdə əlilliyi olan uğurlu şəxslər öz həyat hekayələrini gənclərlə bölüşəcəklər. Layihənin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə bərabər inteqrasiyasını, onların sosial bacarıq və məşğulluq imkanlarının artırılmasını təşviq etməkdir.