Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.02.2026 13:45

Azərbaycan nümayəndə heyətinin XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix bəlli olub

Azərbaycan nümayəndə heyəti XXV Qış Olimpiya Oyunlarında iştirak üçün fevralın 5-də İtaliyaya yola düşəcək. Milli Olimpiya Komitəsinin məlumatına görə, komandanın şef de-missionu Anar Bağırov olacaq. Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək Oyunların açılışı fevralın 6-da baş tutacaq. Azərbaycanı dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev təmsil edəcək.