Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.02.2026 13:44
FHN və DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək bildirib ki, fevralın 5-dək ölkə ərazisində güclü külək, intensiv yağıntı, qar və temperaturun enəcəyi gözlənilir. Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, küləkli və şaxtalı havada ehtiyatlı olmağa çağırıb. Baş Dövlət Yol Polisi İdarəsi də hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Qarşıdakı günlərdə güclü və arabir şiddətlənən külək, eləcə də yağıntılar gözlənilir ki, bu da yol hərəkəti üçün əlavə risklər yaradır. Yol polisi sürücüləri sürət həddinə əməl etməyə, təhlükəsiz ara məsafəsini qorumağa, piyadaları isə məhdud görünmə şəraitində daha diqqətli olmağa çağırıb.
- Baxış: 50
