Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.02.2026 15:45
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır
Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Gənclər Gününə həsr olunan tədbirdə bildirib ki, hüquqlarını bilən və məsuliyyətini dərk edən gənclər ölkənin daha güclü və ədalətli gələcəyinin əsas dayağıdır. Ombudsman vurğulayıb ki, Azərbaycan gəncləri dövlətçilik tarixinin həlledici anlarında, xüsusən də Qarabağ və Vətən müharibələrində böyük fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərib. Səbinə Əliyeva qeyd edib ki, Ombudsman təsisatı gənclərin hüquqi biliklərinin artırılmasına və hüquqi maarifləndirməyə xüsusi önəm verir, gənclər yalnız Azərbaycanın gələcəyi deyil, həm də bu günüdür.
- Baxış: 52
