Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.01.2026 15:45
Sumqayıt Sənaye Parkında iki yeni istehsal müəssisəsi istifadəyə verildi
Sumqayıt Sənaye Parkında iki yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. “Bakı Karton və Qutu Fabriki” MMC karton və qutu taralarının istehsalını həyata keçirəcək. Müəssisədə 64 daimi iş yeri yaradılıb. Məhsullar daxili bazarla yanaşı ixrac olunacaq. Eyni zamanda, “Azermirror” MMC-nin güzgü vərəqələrinin istehsalı zavodu istifadəyə verilib. Müəssisədə illik 900 min kvadratmetr güzgü istehsalı nəzərdə tutulur və 30 nəfər işlə təmin edilib.Hər iki müəssisənin açılışında Prezident İlham Əliyev iştirak edib.
- Baxış: 26
