Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.01.2026 15:44
Gəncədə "BakuBus"un xidmətindən istifadə edən 10 milyonuncu sərnişin qeydə alınıb
“BakuBus”un Gəncə şəhəri üzrə fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə daşınan sərnişinlərin sayı 10 milyon nəfərə çatıb. 10 milyonuncu sərnişin Səməndər Həsənov Gəncə Avtobus Parkında qarşılanaraq ona simvolik hədiyyə təqdim olunub.Qeyd edək ki, “BakuBus” Gəncədə 20 marşrut xətti üzrə 280 müasir avtobusla xidmət göstərir, gediş haqqı isə “CityCard” və digər nağdsız ödəniş vasitələri ilə həyata keçirilir.
- Baxış: 28
