Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.01.2026 11:36

Maştağada istixanadan 50 min manatlıq oğurluq olub

Maştağada istixanadan 50 min manatlıq qazanxana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Mahir Həsənov və Tural Hacıyev saxlanılıb. Onların fəaliyyəti dayandırılmış istixananı əvvəlcədən müşahidə etdikləri və avadanlıqları evakuatorla aparmağa cəhd göstərdikləri müəyyən edilib. Həmçinin Sabunçu rayonunda naqil və əlvan metal oğurluqlarında şübhəli bilinən Hüseyn Quliyev də saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.