Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.01.2026 11:34
Sükan arxasında mobil telefondan istifadə daha bir insanın həyatına son qoyub
Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi “QazEL” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması nəticəsində 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sükan arxasında mobil telefondan istifadənin ağır və faciəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
- Baxış: 48
