Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.01.2026 15:52

Vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edən "hüquqşünas" həbs edilib

Özünü sosial mediada hüquqşünas kimi təqdim edən qadın dələduzluq ittihamı ilə həbs olunub.O, sosial şəbəkələrdə açdığı səhifələr və canlı yayımlar vasitəsilə 145 nəfərin etibarını qazanaraq ümumilikdə 449 min manata yaxın pul vəsaitini ələ keçirib. İstintaq çərçivəsində vurulan maddi ziyanın 381 min manatdan çox hissəsi ödənilib. Araşdırmalar davam edir.