Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.01.2026 11:47
Azərbaycanda 3 mindən çox vətəndaşın fərdi məlumatlarının qanunsuz yayılmasının qarşısı alınıb
Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri nəticəsində 3 mindən çox vətəndaşın fərdi məlumatlarının qanunsuz yayılmasının qarşısı alınıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, fərdi məlumatların qorunması ilə bağlı tədbirlər davam edir. Bu il xüsusi elektron portal istifadəyə veriləcək, eyni zamanda fərdi məlumatların işlənildiyi sistemlərin mərkəzləşdirilmiş bazası yaradılacaq.Vətəndaşlar fərdi məlumatlarını diqqətlə paylaşmalı və pozuntu halları ilə bağlı ETX-ə müraciət etməlidirlər.
- Baxış: 69
