Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.01.2026 17:40
Baş Prokurorluq dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib
Baş Prokurorluq vətəndaşları dəm qazı təhlükəsi ilə bağlı xəbərdar edir. Dəm qazından zəhərlənmə halları əsasən məişətdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir. Vətəndaşlara yalnız standart qaz cihazlarından istifadə etmək, bacaları mütəmadi təmizləmək, ventilyasiyanı təmin etmək və mənzillərdə dəm qazı detektoru quraşdırmaq tövsiyə olunur. Dəm qazı görünməz və son dərəcə təhlükəlidir. Təhlükəsizlik qaydalarına əməl etmək həyat xilas edir.
- Baxış: 92
