Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.01.2026 17:50

Sabunçuda 16 kq narkotik aşkarlanıb

Sabunçu polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirərək 29 yaşlı Mirtərlan Əsgərzadəni və 37 yaşlı qadını saxlayıb. Onlardan 16 kiloqramdan artıq marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılanlar narkotikləri İran vətəndaşlarından alaraq paytaxtda satacaqlarını bildiriblər.