Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.01.2026 11:46
Bakıda və Göygöldə qətl törətməkdə şübhəli bilinənlər tutulub
Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən oğlu, 1981-ci il təvəllüdlü Emil Ağayev müəyyən olunaraq saxlanılıb.
Göygöldə isə yanvarın 23-də 37 yaşlı R. Əmrahovu qətlə yetirməkdə şübhəli bilinən 26 yaşlı Samux rayon sakini Taleh Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Ötən gün Bakının Xətai rayonunda yerləşən otellərdən birində ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev camaşırxanada mübahisə zəminində həmkarı,1992-ci il təvəllüdlü Seymur Manafov bıçaqlanaraq öldürülüb. Faktlarla bağlı araşdırmalar davam edir.
- Baxış: 45
