Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.01.2026 17:30
İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü keçirilib
Prezident İlham Əliyev Davosda ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, regional sülh prosesi və əməkdaşlıq perspektivləri müzakirə olunub. İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, regionda sülhün mövcudluğu və bunun ticarət əlaqələrində əksini tapdığını vurğulayıb. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb. Dövlət başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.
- Baxış: 71
