Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.01.2026 17:27

Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı tapança aşkarlanıb. Saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub. Araşdırmalar davam etdirilir.