Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.01.2026 11:53
Avtomobildən bank kartı və marketlərdən oğurluq edən şəxslər saxlanılıb
Abşeron rayonu Xırdalan şəhərində “Hyundai” markalı avtomobildən bank kartını oğurlayaraq pul vəsaitini çıxarmaqda şübhəli bilinən S.Mirzəyev saxlanılıb. Bundan başqa, Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 51
