Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.01.2026 10:51
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda 20 Yanvarın xalqımızın azadlıq, milli ləyaqət və suverenlik uğrunda mübarizəsinin faciəli, eyni zamanda şərəfli səhifəsi olduğu vurğulanıb. 20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun təməlini qoyub və xalqımızın iradəsini daha da möhkəmləndirib.
- Baxış: 97
