Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.01.2026 17:41

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu Prezident İlham Əliyevi 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüb. Qərar Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanmasına görə verilib. Mükafat fevralın 4-də Əbu-Dabidə keçiriləcək mərasimdə təqdim olunacaq.