Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.01.2026 11:33
Qatar qəzası ilə bağlı Azərbaycan İspaniyaya başsağlığı verib
İspaniyanın Əndəlüs bölgəsində sürətli qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 39-a çatıb. İspaniyanın nəqliyyat naziri hadisənin səbəblərinin araşdırıldığını bildirib. Qyed edək ki, qatarda 300-dən çox sərnişin olub. Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) qatar toqquşması faciəsi ilə bağlı İspaniyaya başsağlığı verib. "İspaniyanın Kordova şəhərində baş verən və çox sayda insanın həyatına son qoyan, yaralanmalara səbəb olan faciəvi qatar toqquşması xəbərindən dərindən kədərlənirik. Həlak olanların ailələrinə və İspaniya xalqına ürəkdən başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı arzu edirik", - paylaşımda qeyd olunub.
- Baxış: 65
