Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.01.2026 11:32

Kəlbəcərin elektrik təsərrüfatı yenidən qurulur

Azərbaycanda sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcər rayonunda elektrik təsərrüfatı yenidən qurulur. “Azərişıq” ASC-nin məlumatına görə, 3 min metrdən yüksək ərazilərdə davam edən işlər çərçivəsində ucqar kəndlərə elektrik xətləri çəkilib, yeni yarımstansiya və transformator məntəqələri istifadəyə verilib.