Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.01.2026 12:21
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Siyəzən Polisi üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan 38 yaşlı Səxavət Kərimovu tutub. Ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd patron aşkarlanıb. Digər əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 59
