Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.01.2026 10:32

Ölkədə baş verən yol qəzalarında xəsarət alanlar və ölən var

Gəncədə "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb. Minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb, vəziyyəti orta ağırdır. 
Bakının Nəsimi rayonunda taksi kimi fəaliyyət göstərən avtomobilin körpü üzərindəki beton arakəsməyə çırpılması nəticəsində iki qadın xəsarət alıb.
Bakıda 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu motosikletlə hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə yük avtomobili ilə toqquşub. Motosikletin sürücüsü aldığı xəsarətlərdən ölüb.
Goranboyun Ağcakənd kəndi ərazisində "VAZ" markalı avtomobilin mal-qaraya çırpılması nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb. Faktlarla bağlı araşdırma aparılır.