Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.01.2026 11:52
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb
Pakistanın paytaxtı İslamabadda yanvarın 14-də “ASAN xidmət” mərkəzinin açılışı olub. Mərkəzdə ilkin mərhələdə 12 dövlət qurumu üzrə 64 xidmət göstəriləcək. Burada “ASAN xidmət” standartları, könüllülük proqramı və innovativ həllər tətbiq olunur. Pakistanın Baş naziri “ASAN xidmət” modelini mütərəqqi və innovativ model kimi dəyərləndirib və Prezident İlham Əliyevə təşəkkür edib.Qeyd edək ki, “ASAN xidmət” modeli artıq Pakistana daxil olmaqla 6 ölkədə tətbiq olunur.
- Baxış: 36
