Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.01.2026 17:41
Azərbaycan dili beynəlxalq aləmdə təbliğ və təşviq ediləcək
Azərbaycan dili beynəlxalq aləmdə təbliğ və təşviq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub. Konsepsiyaya əsasən, Azərbaycan dilinin inkişafı, elmi, elmi-publisistik və bədii əsərlərin sayı və keyfiyyətinin artırılması, beynəlxalq aləmdə təbliği üçün əlaqələndirilmiş fəaliyyət həyata keçiriləcək. Həmçinin, Azərbaycan ədəbiyyatının, o cümlədən elmi ədəbiyyatın BMT-nin rəsmi dillərinə, türk və digər dillərə tərcüməsi və yayılması məqsədilə "Azərbaycan ədəbiyyatı xaricdə" layihəsi təsis ediləcək.
- Baxış: 35
