Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.01.2026 11:43
DİN: Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq halları artıb
Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq halları artıb. Naməlum şəxslər özlərini yaxın qohum kimi təqdim edərək qəza və ya əməliyyat bəhanəsi ilə pul tələb edirlər. Əsasən xarici nömrələrdən zəng edən dələduzlar, bəzən kuryerlər vasitəsilə, vəsaiti nağd və ya onlayn ələ keçirməyə çalışırlar. Vətəndaşlara tövsiyə olunur ki, tanımadıqları şəxslərə inanaraq pul göndərməsinlər və şübhəli hallarda dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər. Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır.
- Baxış: 19
