Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.01.2026 17:35

Doqquz rayonda suvarma və məişət suyu təminatını yaxşılaşdırılacaq

Doqquz rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən “Qarabağ” kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır. Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib. Ş.Mustafayevin sözlərinə görə, 7 suvarma kanalı yenidən qurulub və 3 suvarma kanalının yenidən qurulması davam etdirilir ki, bunlar da ümumilikdə 132,3 min hektar əkin sahəsinə xidmət edir.