Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.01.2026 17:53
AQTA: İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Bərdənin Güloğlular kəndində İmaməddin Məhərrəm oğlu Əliyevə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama aparıblar. Yoxlama zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub.
- Baxış: 30
