Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.01.2026 17:35
Göyçaydakı heyvan satışı bazarının yaxın günlərdə açılışı olacaq
Göyçaydakı heyvan satışı bazarının yaxın günlərdə açılışı olacaq. Bazarda biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılaraq asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb. Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub.
- Baxış: 100
