Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.01.2026 17:29

TƏBİB: İnfeksiyalar və qrip epidemiyaları fonunda yetərli çarpayı ehtiyatı var

Artan respirator infeksiya və qrip epidemiyaları fonunda yetərli sayda çarpayı ehtiyatı var. Bu barədə  TƏBİB-dən məlumat verilib. Xəstəliyə yoluxan şəxslərin ilkin səhiyyə xidməti həkimlərin müşahidəsi altında olur və müalicələrini evdə davam etdirirlər. Virusun simptomlarına hərarət, burun axıntısı və tutulması, boğaz ağrısı, öskürək, halsızlıq, baş ağrısı, bəzən isə ürəkbulanma, qusma aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə, mütləq həkimə müraciət olunmalıdır.