Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.01.2026 11:47

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

İşğaldan azad edilmiş ərazilərin "Yaşıl Enerji Zonası" kimi inkişafı çərçivəsində ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri tətbiq olunur. İndiyədək 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bu barədə Energetika Nazirliyindən bildirilib.