Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.12.2025 17:22

Ucarda 14 nəfər zəhərlənib

Bu gün saat 11 radələrindən etibarən Ucarda keçirilən korporativ bayram tədbirindən sonra zəhərlənmə şübhəsi ilə 14 nəfər - 3 kişi, 11 qadın olmaqla  xəstəxanaya müraciət edib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.