Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.12.2025 15:48
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talamaqda şübhəli bilinən 24 yaşlı R.Hacıyev saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.
Digər əməliyatla isə mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 112
