Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.12.2025 13:54

"Yeni ulduz idmançılar görmək istəyirik" - Gənclər və İdman naziri

Gənclər və İdman Nazirliyinin 2028-ci ildə ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı planları və məqsədləri var.
Gənclər və İdman naziri Fərid Qayıbov bu barədə jurnalistlərə müsahibəsində deyib. O, olimpiadaya hazırlıqların davam etdiyini söyləyib. "Federasiyalardan olimpiadada hansı sayda idmançı ilə iştirak edə biləcəkləri ilə bağlı ilkin say almışıq. Bunun üzərində işləyirik. Növbəti iclaslarda yenə müzakirə edəcəyik. Plan üzrə çalışırıq. Yeni ulduz idmançılar görmək istəyirik"- deyə, nazir əlavə edib.