Xankəndidə silahlı təxribat planlaşdıran erməniəsilli şəxsə hökm oxunub
Gəncə Ağır Cinayətlər Məhkəməsində Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Hökmə əsasən, Karen Avanesyan 16 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, sentyabrın 14-də Karen Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, 5 ədəd qumbaranı götürüb Xankəndidə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.
- Baxış: 21
