Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.12.2025 15:48

İlham Əliyev Qarabağda bir sıra açılış və təməlqoyma tədbirlərində iştirak edib

Prezident İlham Əliyev Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində bir sıra açılış və təməlqoyma tədbirlərində iştirak edib. Dövlət başçısı Kərkicahan qəsəbəsində aparılan bərpa işləri ilə tanış olub, artıq 30 evin təmir edildiyi və ilk ailələrin doğma yurdlarına qayıtdığı bildirilib. Qəsəbədə infrastruktur yenilənib, məktəb və uşaq bağçası əsaslı təmir olunub. Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının, “Xankəndi-1” elektrik yarımstansiyasının və Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib, həmçinin Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyub. Bundan başqa, Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edib. Görülən işlər Qarabağda təhsil və sosial infrastrukturun bərpasında mühüm mərhələ kimi dəyərləndirilib.