Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.12.2025 11:41

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

Azərbaycan–Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq dialoq, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır. Bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda bildirib. Baş nazir qeyd edib ki, Azərbaycanın xüsusi iqtisadi zonalarında biznes üçün əlverişli şərait yaradılıb və bir sıra Türkiyə şirkətləri artıq bu zonalarda fəaliyyət göstərir. O, Türkiyə investorlarını daha fəal olmağa çağırıb. Əli Əsədov Orta Dəhlizin strateji əhəmiyyətinin artdığını vurğulayaraq bildirib ki, son üç ildə Azərbaycan üzərindən bu marşrutla yükdaşımaların həcmi 90 faiz artıb və bu, regional və qlobal ticarətə müsbət təsir göstərir.